12px14px16px18px

Bir neçə metro stansiyasına bomba qoyulması xəbəri yayıldı

03:48 / 25.09.2009
 
 
Bakı Metropoliteninin bir neçə stansiyasına bomba qoyulması barədə polisə məlumat daxil olub. Bu barədə APA-ya Bakı Metropoliteninin mühafizəsi üzrə Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, hadisə srağagün baş verib. Bir-birinin ardınca Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edən naməlum şəxslər Bakı Metropoliteninin “Qara Qarayev”, “20 Yanvar” və “Sahil” metro stansiyalarına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat veriblər. Daxil olan məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyi məlumatlandırılıb və əraziyə xilasedicilər cəlb edilib. Metro stansiyalarında olan insanlar evakuasiya olunub və axtarış tədbirləri həyata keçirilib. Məlumat təsdiqini tapmayıb.



Bu yazı ( 194 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar