12px14px16px18px

Azərbaycanda “Yojik” ləqəbli qanunda oğru tutuldu

03:37 / 25.09.2009
 Gəncədə “Yojik” ləqəbli qanunda oğru növbəti dəfə həbs edilib. Gəncə Şəhər Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, idarənin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları 1963-cü ildə Goranboy rayonunun Borsunlu kəndində anadan olmuş, Gəncə şəhəri, Mahrasa Bağlarındakı 17-ci binanın 28-ci mənzilində yaşayan Rövşən Natiq oğlu Qocayevin üzərindən 0,424 qram heroin tapıblar.
Qeyd edək ki, N. Qocayev əvvəllər Cinayət Məcəlləsinin 6-dan artıq maddəsi ilə (köhnə redaksiya ilə 226, 207, 102, 15, 94, 234.1 və s.) suçlu bilinərək dəfələrlə həbs edilib. O, cinayətkar aləmdə “Yojik” ləqəbi ilə tanınır.



Bu yazı ( 217 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar