12px14px16px18px

Naxçıvan Ədliyyə Nazirliyinin səlahiyyətləri artırılıb

03:35 / 25.09.2009
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2006-cı il 25 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə əlavə edilməsi barədə fərman imzalayıb. Naxçıvan MR Ali Məclisinin mətbuat xidmətindən APA-nın yerli bürosuna verilən məlumata görə fərmanla Əsasnaməyə bir bənd əlavə olunub.
Həmin bəndə görə, Ədliyyə Nazirliyi qanunvericiliklə nəzərdə tutulmuş hallarda mətbu nəşrlərin fəaliyyətinin müvəqqəti dayandırılması, yaxud onların istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldıra bilər.



Bu yazı ( 201 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar