![]()




Elmar Məmmədyarov Minsk qrupu həmsədrləri ilə görüşəcək
11:28 / 25.04.2012
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərə yola düşüb.XİN-in mətbuat xidmətindən “Trend”ə verilən məlumata görə, səfər zamanı Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşü nəzərdə tutulur.
Nazir, eyni zamanda, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton və Böyük Britaniya parlamentinin Britaniya-Azərbaycan qrupunun üzvləri ilə də görüşəcək.Bu yazı ( 52 ) - dəfə oxunmuşdur










