![]()




Ter-Petrosyan: “Ermənistan cəhənnəmə dönüb”

ERMƏNISTAN MILLI KONQRESININ RƏHBƏRI YERLI HAKIMIYYƏTI YENIDƏN KƏSKIN TƏNQID EDIB
01:24 / 24.04.2012
Ermənistan Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan Kotayk vilayətinin Qarni kəndində seçki öncəsi kampaniyada çıxışı zamanı Ermənistanda hazırkı vəziyyəti dəyərləndirib. “Ermənistan cəhənnəmə dönüb. Ölkənin şəhər və kəndlərində yaşayan əhalinin 98 faizi yoxsulluq içərisində boğulur. Ən ciddi beynəlxalq ekspert rəylərinə görə, Ermənistanın büdcəsi 7,5 milyard dollar olmalıdır. Başqa cür desək, Serj Sərkisyan, Tiqran Sərkisyan onlaradək isə Robert Köçaryan xalqın hər il 5 milyardını oğurlayır”, – deyə Ter-Petrosyan bildirib.
Ter-Petrosyan 1998-ci ildən bu günədək Ermənistanı 1 milyondan artıq insanın tərk etdiyini bildirib.
“Stalin vaxtilə zorla insanları Yakutsk, Altay və Sibirə sürgün edirdi. İndi isə Serj Sərkisyan əhalini elə bir həddə salıb ki, onlar könüllü şəkildə babalarımızın olduğu ərazilərə sürgünə gedirlər. Robert Köçaryan və Serj Sarkisyan özləri Ermənistanı tərk etməyəcəkləri təqdirdə problem həllini tapmayacaq”, – deyə Ter-Petrosyan vurğulayıb.
Bu yazı ( 118 ) - dəfə oxunmuşdur










