12px14px16px18px

Egemen Bağış: “Ermənistan “Eurovision” dan çəkilməkdənsə, işğal etdiyi torpaqlardan çəkilsin”

01:21 / 24.04.2012
“Ermənistanın iqtisadiyyatı sıxıntı çəkir. Ölkə əhalisinin sayı 4 milyondan 2 milyona enib. Aclıq var. Çəkil torpaqlardan, sərhəd qapılarını açaq, bolluğa qovuşun”. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış Qars vilayətinə səfəri zamanı deyib. Sərhəddən Ermənistana çağırış edən türkiyəli nazir bildirib ki, İrəvan bu gedişlə nəyəsə nail ola bilməyəcək.
Ermənistanın Bakıda keçiriləcək “Eurovision” mahnı yarışmasından imtina etməsinə də toxunan E. Bağış bunu məntiqsiz sayıb: “Yarışmadan deyil, işğal etdiyin torpaqlardan çəkilməlisən. Azərbaycanla dost olun, Türkiyəyə yalan və iftiralar atmaqdan vaz keçin. Vaxt itirmədən torpaqlardan geri çəkilin və asayişə qovuşun. Biz də Ermənistanın zənginləşməsinə, sərhədlərin açılmasına tərəfdarıq. İnşallah Ermənistan sərhədində etdiyimiz bu çağırışımızı ermənilər eşidərlər”.






Bu yazı ( 90 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar