![]()




Azərbaycanın İsveçrədəki səfiri dəyişdirilib
01:19 / 24.04.2012
Prezident İlham Əliyev Murad Nəcəfbəylinin Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, prezidentin digər sərəncamı ilə Əkrəm Akif oğlu Zeynallı Azərbaycanın İsveçrədə fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Ə. Zeynallıya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.Bu yazı ( 92 ) - dəfə oxunmuşdur










