12px14px16px18px

“Nazarbayevin Xəzərin statusu ilə bağlı təklifi sahilyanı ölkələrin dəstəyini qazanıb”

00:49 / 24.04.2012
“Qazaxıstan prezidentinin Xəzərdə ərazi və balıq ovu zonalarının yaradılması təklifi bütün maraqlı tərəflərin dəstəyini qazanıb”. APA-nın məlumatına görə, bu fikirləri Qazaxıstanın xarici işlər naziri Erjan Kazıxanov bildirib. Onun sözlərinə görə, Nursultan Nazarbayevin ötən il Xəzəryanı ölkələrin Bakı sammitində səsləndirdiyi bu təklif üzərində işçi qrupu çalışır. O Xəzərin hüquqi statusu ilə bağlı problemin yaxın gələcəkdə həllini tapacağına ümidvar olduğunu deyib.
Qeyd edək ki, SSRİ dağıldıqdan sonra Xəzərin hüquqi statusu sahilyanı ölkələrin fikir ayrılıqlarına görə müəyyənləşməmiş qalıb. 2003-cü ildə sahilyanı ölkələr Xəzərin dəniz mühitinə dair çərçivə sazişi imzalayıblar.




Bu yazı ( 70 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar