12px14px16px18px

Elman Məmmədov: “Beynəlxalq təşkilatlar ermənilərin çaldığı tütəyə züy tuturlar”

07:36 / 21.04.2012
Beynəlxalq təşkilatlar məgər bilmirlər ki, Azərbaycan niyə silahlanır? Bunu parlamentin dünən keçirilən növbəti plenar iclasında Xocalıdan olan millət vəkili Elman Məmmədov dilə gətirib. Millət vəkilinin qeyd etdiyinə görə, beynəlxalq təşkilatlar öz hesabatlarında silahlanma ilə bağlı Azərbaycanın adını daha çox qabartmaqdansa, yaxşı olar ki, Azərbaycan torpaqlarını işğal edən təcavüzkar Ermənistanın ipini çəksinlər və desinlər ki, işğal etdiyin torpaqlardan çəkil, geri otur. “Ancaq təəssüflər olsun ki, onlar bunu demirlər və ya demək istəmirlər. Hesab edirəm ki, biz onların dediklərinə də çox əhəmiyyət verməməliyik. Yaxşı olar araşdıraq və deyək ki, bu təşkilatlar əslində kimin tərəfindən yaradılır və kimin tərəfindən maliyyələşdirilir. Məhz o zaman məlum olacaq ki, onlar niyə belə ermənilərin çaldığı tütəyə züy tuturlar”.
Onun sözlərinə görə, əgər həmin beynəlxalq təşkilatlar həqiqətən də ədalət carçılarıdırsa, Azərbaycanın haqq işini müdafiə etsinlər və Azərbaycan da öz pullarını hərbiyə deyil, başqa istiqamətə yönəltsin. “Biz müharibə vəziyyətində olan, əraziləri işğala, təcavüzə məruz qalan ölkəyik, ona görə ordunun gücləndirilməsinə və silahlanmaya ciddi diqqət yetiririk və yetirməliyik. Çünki münaqişənin həlli ilə bağlı müharibə ehtimalı hər an gözləniləndir və biz bunu da gözləyirik”.
Kamil HƏMZƏOĞLU







Bu yazı ( 168 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar