12px14px16px18px

“Mənim Avropam” uşaq rəsm müsabiqəsi

07:33 / 21.04.2012
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycanda Avropa gününə həsr olunan “Mənim Avropam” adlı uşaq rəsm müsabiqəsi elan edir. Uşaqlar rəsmlər vasitəsilə Avropa barədə bilgilərini, düşüncələrini və Azərbaycanın Avropada yerini necə gördüklərini nümayiş etdirməlidirlər. Müsabiqədə 5 yaşdan 14 yaşa qədər uşaqlar iştirak edə bilərlər. Rəsmlərin minimum ölçüsü A3 olmalıdır. Rəsmləri “Bakı Modern Art” Galereyasına (Üzeyir Hacıbəyov küç. 27. Tel: 493 43 14. Giriş BTB bankın qapısı, 32-ci mərtəbə) bazar ertəsindən şənbə gününədək saat 10:00-dan 20:00-a qədər mayın 8-i daxil olmaqla vermək olar. Seçim iki yaş kateqoriyasında münsiflər heyəti tərəfindən aparılacaq. Birinci yerin qaliblərinə iPad2, ikinci yerin qaliblərinə isə iPod Nümayəndəliyin rəhbəri tərəfindən rəsmi mərasimdə veriləcəkdir. Rəsmlərin arxasında müəllif barədə tam informasiya (ad, yaş, telefon nömrəsi və ünvan) olmalıdır. Rəsmlər geri qaytarılmayacaq.



Bu yazı ( 183 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar