12px14px16px18px

Umud Rəhimoğlu İngiltərəyə səfər edib

O, LONDONDA BMİ-nin MİLLİ KOMİTƏSİNİN VƏ BBC-nin DEPARTAMENT RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜB

07:32 / 21.04.2012
Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu İngiltərəyə səfər edib. Səfər zamanı o, BMİ-nin Böyük Britaniya Milli Komitəsinin, “City London” Universitetinin jurnalistika fakültəsinin rəhbəri, professor Corc Brokla görüşüb. U.Rəhimoğlu 28 il “The Times” qəzetində çalışan C.Brokla görüşündə əsasən BMİ-nin Milli Komitələrinin vəziyyəti, fəaliyyəti və gələcəkdə görülə biləcək işlər barəsində ətraflı söhbət ediblər.
Görüş zamanı onlar Milli Komitələrin inkişafında BMİ-nin rolu, o cümlədən BMİ-nin bu il Trinidad və Tobaqoda keçiriləcək 63-cü Dünya Konqresi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Növbəti gün isə BMİ-nin Böyük Britaniya Milli Komitəsinin üzvləri ilə BBC-nin xəbərlər və cari məsələlər departamentinin rəhbəri Helen Boadenlə baş tutan görüşdə U.Rəhimoğlu xanım Boadenlə ətraflı müzakirələr aparıb.
U.Rəhimoğlu “City London” Universitetinin jurnalistika fakültəsində magistrlərin və media ekspertlərinin də iştirak etdiyi görüşdə Azərbaycan mediasının vəziyyəti haqqında məlumat verib, onların suallarını cavablandırıb.




Bu yazı ( 211 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar