![]()




“Olmaz”ların azadlığı
Günay ÜMİD
13:31 / 20.04.2012yBu gecəSözlərinə sərdim yatağımıSəsinlə örtdüm üstümü.Nəfəsin şirin-şirinLayla dedi günahlarıma.Bütün sükutları hədələdimHirsimi tökməyəBir səhifə qopardım həyatımdanQələmimin naləsini bükməyə.Bütün “olmaz”ları azad elədim,Günahlarını bağışladımÖzümdən savayı...Qorxularımı hürkütdümbçimdə yaşayanÖlümdən savayı...O qadınO qadın,çoxdan soyunmuşdu gözlərindəki qorxunu.Əllərinin qabarıQəzəblənirdi göz yaşlarına,Qəzəbləndikcə didirdi yanaqlarını...Dərdini divarlarla bölməyi,Taleyinə gülməyi,Günü-gündən ölməyi də
Öyrənmişdi o qadın!!!Hələ ta başından...Telli duvağlı tənhalığıÇoxdan bardaş qurmuşdu toy mağarında.Güclə qoluna taxmışdılar qismətsizliyini.Beləcə bir vağzalı da ağlamışdı...Daha rəngli yuxular da görmürdü!Süpürdüyü küçələrin tozuBoğmuşdu arzularını,Daha arzuları da cücərmirdi...Nəfəsinə örtdüyü örpəyi iləSəsini kəsmişdiÜsyanının...Daha günahkar axtarmırdı!Soyuq otağındaAddımlarının səsinə isinməyi də öyrənmişdi,Masasının üstünə hər gecə iki boşqab qoyaraqÖzü-özünə qonaq olmağı da,Gecələrin bağrınıKiprik-kiprik yolmağı daÖyrənmişdio qadın!!!Sənə
Yanvarın şaxtasıAlışır sətirlərimdə,Gözlərimə yıxılanYuxunun ayağı altındaDidilir bəbəklərim.Bir aha hopur adın dilimdəSusur qələmin cəsarəti də.Hər gecəİçimdəki zindandaYad edirəm fikirlərimi.Adın da susur misralarımdaMən Allahdan da xəbərsizHey sənə yazıram şeirlərimi...Bu yazı ( 244 ) - dəfə oxunmuşdur










