12px14px16px18px

Londona növbəti lisenziya qazanmaq şansı

00:14 / 26.04.2012
Aprelin 27-29-da Çinin Tayuan şəhərində London Yay Olimpiya Oyunlarına vəsiqə verən dünya təsnifat turniri keçiriləcək. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin məlumatına görə, reqlamentə əsasən, hər çəki dərəcəsində yalnız 3 güləşçi (finalçılar və bir 3-cü yer) London Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq. Sərbəst güləş yığmamız 55 və 96 kq çəki dərəcəsində lisenziya uğrunda yarışacaq. Yığma komandanın məşqçisi Elman Əsgərovun rəhbərliyi altında Yaşar Əliyev (55 kq) və Xetaq Qazyumov (96 kq) artıq Çinə yollanıb.
Yunan-roma güləşçiləri məşqçilər Şaban Donat və Turac Hüseynlinin rəhbərliyi altında 4 çəki dərəcəsində Olimpiya lisenziyası hədəfləyib. Rəsul Çunayev (66 kq), Emin Əhmədov (74 kq), Şalva Qadabadze (96 kq) və Məsud Həşimzadə (120 kq) Çinə yollanacaq heyətdə yer alıb.
Qadın güləşçilər məşqçi Aslan Ağayevin rəhbərliyi altında Anna Belyayeva (63 kq) və Natalya Palamarçuk (72 kq) ilə təmsil olunacaq.
Xatırladaq ki, güləşçilərimiz XXX Yay Olimpiya Oyunlarına 18 mümkün lisenziyadan 10-nu artıq əldə edib. Turnirin proqramına əsasən, aprelin 27-də sərbəst güləşçilər, 28-29-da yunan-Roma güləşçiləri, aprelin 29-da isə qadın güləşçilər lisenziyalar uğrunda yarışacaq.




Bu yazı ( 27 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar