12px14px16px18px

General Orucov: “Maliyyə çatışmazlığımız var”

01:37 / 17.05.2012 Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətində (KHVTİC) maliyyə problemi yaranıb. Cəmiyyətin sədri, general-mayor Novruzəli Orucov Lent.az-a açıqlamasında bildirib ki, maliyyə çatışmazlığı səbəbindən bir sıra ənənəvi tədbirləri həyata keçirə bilmirlər. Hər il yaz aylarında Balakən rayonundakı bazada təşkil olunan beynəlxalq paraşütdən tullanma yarışı isə təxirə salınıb: “Tədbirlərimizi hələ ki, dayandırmışıq. Maliyyə çətinliyimiz var. Həm də “Eurovision”la əlaqədar bütün otellər doludur. Bizim tədbirdə iştirak etmək üçün 150-160 qonaq gəlir. Onları otellərə yerləşdirmək mümkün deyil”.
N.Orucov onu da bildirib ki, əvvəlcədən başlanan digər kurslar (sürücülük, snayper, kəşfiyyatçılıq və.s) davam etdirilir.



Bu yazı ( 100 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar