12px14px16px18px

Pavels Doroşevs: “Buna yalnız gülmək olar”

14:04 / 18.04.2012  
“Mən bilmirəm, hazırda “Qəbələ”də nələr baş verir. Açığı, komandadan uzaqlaşdırılacağımı gözləmirdim”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Qəbələ” klubunun yollarını ayırdığı qapıçısı Pavels Doroşevs bildirib. O qeyd edib ki, son iki turda ehtiyatda qalsa da, baş məşqçiləri Fatih Kavlakla hər hansı bir söhbəti olmayıb: “Əksinə, mən hər zaman komandanın yanında olaraq, ona dəstək olmuşam. Baş məşqçi mənə yaxınlaşaraq “səninlə işləmək istəmirəm” dedi. Qərarının səbəbini də izah etmədi”. Pavels Doroşevs bildirib ki, Fatih Kavlak komandada öz adamlarını ətrafına yığmağa çalışır: “Bunu isə müasir futbolda normal qəbul etmək lazımdır. Mən onun qərarına hörmətlə yanaşıram. Çünki komandanın nəticələrinə baş məşqçi cavabdehdir”. “Ola bilərmi ki, “Bakı”yla qarşılaşmanın son saniyələrində buraxdığın qol, səni baş məşqçinin qəzəbinə tuş gətirib” sualına Doroşevs belə deyib: “Əgər Fatih Kavlak buna görə məni komandasında görmək istəmirsə, buna yalnız gülmək olar. Bir buraxılan topa görə komandanın əsas qapıçısını uzaqlaşdırmaq yalnış fikirdir. Mən pis qapıçı olsam, 4 ay əsas heyətdə oynamazdım. Komandadan getməyimi buna görə istəyirsə, bu mənim üçün sürprizdir”. “Qəbələ”dən ayrıldıqdan sonra hansısa yerli klublarımızın təklifini qəbul edəcəksənmi” sualını cavablandıran Pavels bunları deyib: “Əlbəttə, böyük məmnuniyyətlə, qəbul edərdim. Çünki Azərbaycan çox xoşuma gəlib. Burada futbol oynamaq mənə xoşdur”. Əli HƏYATİ


Bu yazı ( 45 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar