12px14px16px18px

Lyubo Baranindən şok açıqlama

“FATİH KAVLAK MÜHAFİZƏ XİDMƏTİNDƏN MƏNİ MƏŞQDƏN UZAQLAŞDIRMAĞI TƏLƏB ETDİ”

14:03 / 18.04.2012
“Mən şəxsən baş məşqçi Fatih Kavlakla söhbət etdim. O mənə dedi ki, mövsümün sonunda komandadan gedə bilərsən. 1-2 günə rəhbərliklə danışıq masasına oturub müzakirə aparacağıq”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Qəbələ” klubunun futbolçusu Lyubo Baranin deyib. L.Baranin klub rəhbərliyi ilə münasibətlərinin əla olduğunu bildirib: “Rəhbərliklə danışıqdan sonra qəti qərarımı verəcəyəm. Bu olaya aydınlıq gətirilməsini istəyirəm. Çünki mən artıq üç ildir ki, bu komandanın şərəfini qoruyuram”.“Nədən baş məşqçi səni komandasında görmək istəmədi” sualını cavablandıran Baranin belə deyib: “Mən komandayla birlikdə məşq etmək istəsəm də, baş məşqçi Fatih Kavlak buna imkan vermədi. Mənə dedi ki, get, oteldə dincəl. Komanda birlikdə məşq edərkən mən trenajor zalında tək məşq edirdim. Məşqlərə yenidən qoşulmaq istəsəm də, Fatih Kavlak mühafizə xidmətindən məni məşqdən uzaqlaşdırmağı tələb etdi. Bunu nədən belə etdiyini anlamadım”. Əli HƏYATİ


Bu yazı ( 39 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar