12px14px16px18px

Azad Rəhimov: “Artıq dünya bizə başqa gözlə baxır”

00:47 / 17.04.2012
Gənclər və idman naziri Azad Rəhimov beynəlxalq “inside the games” portalına müsahibə verib.

2018-ci il Rusiyada keçiriləcək FİFA Dünya Kubokunun Təşkilat Komitəsinin rəhbəri Aleksey Sorokinin fikrincə Bakı, 2020 Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün növbəti mərhələyə keçməyə çox layiqdir.
Doha, İstanbul, Madrid və Tokio kimi rəqibləri ilə birgə Milli Olimpiya Komitələrinin Baş Assambleyasında etdiyi yüksək səviyyəli təqdimatı ilə Bakı 2020 nümayəndə heyəti hər kəsi heyrətləndirə bildi.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 10 dəqiqəlik təqdimatına Hollivud rejissoru Rupert Vaynraytın çəkdiyi qısa film daxil edilmişdi ki, bu da böyük sürpriz oldu.
A.Rəhimovun sözlərinə görə, Rusiya-2018 Təşkilat Komitəsinin icraçı direktoru Azərbaycanın addımını yüksək dəyərləndirib. “Düşünürəm ki, təqdimat izləyiciləri heyrətləndirdi. Mehriban xanımın çıxışı və təqdimat çox gözəl idi. Görünür ki, ölkə həqiqətən 2020-ci il Olimpiya Paralimpiya Oyunlarına ev sahibliyi etmək hüququna layiqdir” – deyə, Sorokin vurğulayıb.
Moskvanın 2012 Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi namizədliyinə rəhbərlik etmiş Sorokin hesab edir ki, mayın 23-də Kanadanın Kvebek şəhərində Beynəlxalq Olmpiya Komitəsinin İdarə heyətinin qərarına əsasən bütün beş şəhərin növbəti mərhələyə keçməsi daha məqsədə uyğun olardı: “Düşünürəm ki, Beynəlxalq Olimpiya Komitəsi bütün ölkələrə mübarizəni davam etdirmək üçün imkanlar yaradacaq. Nəzərə almaq lazımdır ki, Roma artıq mübarizədən geri çəkilib. Hal-hazırki durumda bütün namizəd ölkələr finala çatmağa layiqdirlər”.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun fikrincə, ölkəmizin etdiyi təqdimat mübarizə yolunda böyük dönüşə səbəb ola bilər: “Bakının 2016-cı il Olimpiya Oyunlarına ev sahibliyi etməsi istiqamətində mübarizə birinci mərhələdə uğursuz olsa da, bu bizim üçün böyük təcrübə oldu. Əgər hal-hazırki, şəhəri dəyişmək uğrundadırsa, biz bu dəfə daha yaxşı hazırlıqlıyıq. 2020-ci il üçün konsepsiyamızı daha dəqiq hazırlamışıq. Bizim beynəlxalq tərəfdaşlarımızdan biri Pekin 2008, Vankuver 2010, Soçi 2014, Pyeonqçanq 2018 və Rusiya 2018 FİFA Dünya Kuboku qələbələrini qazanmış Helius Partnersdir.
Mən Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Federasiya nümayəndələrindən çox müsbət rəylər almışam. Xatirimdədir, 2016-cı ilə namizəd olarkən, yazırdılar ki, Bakının namizədliyi ciddi deyil. Lakin bu dəfə münasibət tam fərqlidir. Artıq dünya bizə başqa gözlə baxır” (mys.gov.az).




Bu yazı ( 114 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar