12px14px16px18px

Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışın iştirakçıları bəlli oldu

00:46 / 17.04.2012
Heydər Əliyevin xatirəsinə həsr olunmuş 23 yaşınadək velosipedçilər üçün velotur 9-13 may 2012 il tarixlərində keçiriləcək. Qol.Az-ın məlumatına görə, beş mərhələlik velotur Azərbaycanda keçiriləcək ilk peşəkar velosiped yarışı olacaq. Yarışda iştirak etmək üçün təşkilatçılar hər biri 6 idmançıdan ibarət olan 20 komanda dəvət ediblər. Pelotonda 4 kontinental, 4 milli və 12 klub/qarışıq komanda mübarizə aparacaq.
Qarışıq peloton
Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotura böyük maraq göstərilib və yarışda iştirakla bağlı təşkilatçılara çoxlu sayda ərizə daxil olub. Nəticədə təşkilatçılar tərəfindən yarışlarda iştirak etmək üçün 20 komanda seçilib. Təşkilatçılar adından Albrecht Röder seçimlə bağlı aşağıdakıları söyləyib: “Biz kontinental, milli və klub/qarışıq komandaları dəvət edərək yarış iştirakçılarına öz qabiliyyətlərini göstərmək üçün şərait yaratmaq istədik. Təsir bağışlayan yarışlar və qələbə uğrunda inadlı mübarizə gözləyirik”.
Yarış haqqında
Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ, fransızca UCI) təqvim planına daxil edilib və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid BVİ Kontinental Turudur. Yarış Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Almaniyanın “FreundeEventlogistik” şirkəti ilə birlikdə təşkil olunur.
Kontinental komandalar
1. Specialized Concept Store (Almaniya)
2. Team Vorarlberg (Avstriya)
3. Jayco AIS (Avstraliya)
4. Velo Club Sovac (Əlcəzair)
Milli komandalar
5. Qazaxıstan
6. Moldova
7. Belorusiya
8. İran
Klub komandaları/qarışıq
komandalar
9. ISD Sport Club Ukraine (Ukrayna)
10. Sumqayıt (Azərbaycan)
11. ATA İdman Klubu (Azərbaycan)
12. Itera Katyusha U23 (Rusiya)
13. Samara (Rusiya)
14. Moskva (Rusiya)
15. RRS Riga (Latviya)
16. Gediminas Gruodis (Litva)
17. Rucanor-Line Cycling Team (Niderland)
18. Team Hoppla (Italiya)
19. Centre Mondial de Cyclisme (İsveçrə)
20. Ovyta-Eijssen-Acrog Cycling Team (Belçika)





Bu yazı ( 59 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar