12px14px16px18px

Fatih Kavlak: “Onun barəsində lazımi ölçü götürüləcək”

03:39 / 14.04.2012

“Qəbələ” klubunun baş məşqşisi Fatih Kavlakın Qol.Az saytına müsahibəsi

– Unibank Premyer Liqanın 28-ci turu çərçivəsində “Qarabağ”ı qəbul edəcəksiniz. oyuna hazırlıq necə gedir?
– Yüksək səviyyədə. Komandam bu qarşılaşmaya tam hazırdı. Hətta qalib gələcəyimizi də söyləyə bilərəm. Çünki komandanın döyüşkənliyi əla səviyyədədir.
– Kubok yarışından kənar qalmaqla bərabər, “Bakı” və “Xəzər Lənkəran”a ard-arda məğlub olaraq böyük zərbə aldınız. Hazırda komandanın psixoloji durumu nə yerdədir?
– Düzdür, kubokda mübarizəni dayandırmağımız bizə çox pis təsir etdi. Digər tərəfdən də, ilk “altılıq” oyunlarında iki gözlənilməz məğlubiyyət almağımı, bizi daha da sarsıtdı. Çalışırdıq ki, oyunlarda bir-birinə daha yaxşı alışan heyətə üstünlük verək. Optimal heyəti qorumağa çalışırdıq. Üstəlik də mart ayında xeyli sayda oyun keçirməyimiz komandanın çıxışına mənfi təsirini göstərdi. Nəticədə də, iki oyunun nəticəsinə görə, “Qarabağ”a uduzaraq kubokda mübarizəni dayandırdıq. Lakin komandanın psixoloji durumu artıq yaxşılığa doğru getdiyini deyə bilərəm.
– Siz əvvəllər “Qarabağ”da işləmisiniz. Yəqin ki, komandanın hansı oyun üslubuna malik olduğunu da əla bilirsiniz. Buna görə, ağdamlılarla oyunda daha üstün futbol nümayiş etdirdiyinizi indidən söyləmək olar?
– “Qarabağ”ı çox yaxşı tanıyıram. Nəinki “Qarabağ”, Azərbaycan Premyer Liqasında oynayan bütün klublar haqda yaxşı məlumatım var. Ağdam klubunda xeyli müddət çalışmışam. Oradakı işimin mənə faydası olduğunu etiraf etməliyəm. Lakin mənim fikrimcə, bu amillər ikinci planda qalan şeylərdir. Bir qarşılaşmada biz yaxşı oynayaraq xeyli qol imkanlarını qaçırmışıqsa, digər görüşdə üstünlük “Qarabağ”ın tərəfində olub. Bu məsələni xüsusi olaraq qabardılmağı düzgün deyil.
– Rəqibinizin hansı cəhəti sizi narahat edir?
– Bir şeyi unutmaq lazım deyil ki, artıq dörd ildir “Qarabağ” eyni heyətə malikdir. Ona görə də rəqibin xüsusi təhlükəsi komanda oyununa üstünlük verməsidir. Bir sözlə, sabit çıxışa malik komandadır. Bir yerdə müdafiə olunub, birlikdə hücum təşkil edirlər.
– Futbolçularınızdan Lyubo Baranin mətbuata müsahibəsində sizdən narazı olduğunu söyləyib. Deyib ki, siz onu komandanızda görmək istəmirsiniz.
– Mən Baranin dediklərinə münasibət bildirmək istəməzdim. Onun mətbuata açıqlama verməsi öz işidir. Çünki o Baranin, mən isə Fatih Kavlakam. Lakin biz Lyubonun dedikləriylə bağlı məsələni klub daxilində həll edirik.
– Baraninin sözlərinə görə, siz onu digər futbolçulardan fərqləndirirsiniz...
– Mən vaxtımı belə boş söhbətlərə sərf etmək istəmirəm. Çünki bizim qarşıda “Qarabağ”la vacib və gərgin bir matçımız var. Başa düşürəm ki, bizim futbolçu belə sözlər işlədib. Lakin nə dərəcədə haqlı olub-olmadığını özü yaxşı bilir. Birdə ki, belə olaylara görə daxildə onun barəsində lazımi ölçü götürüləcək. Yaddam çıxarmayın ki, mən bu klubun baş məşqçisiyəm. Start heyəti quran, planları cızan mənəm. Yəni Baranin belə ifadələr işlədərək “Qəbələ” klubunun adına zərbə vurması xoş hal deyil.
– Yəqin xəbəriniz var ki, FİFA əsas rəqiblərinizdən olan “Xəzər Lənkəran”ın 6 xalını silib. Buna görə Avrokubok şanslarınız bir az da artıb.
– Bu olay xoş hal deyil. Çünki bu xal məşqçi və futbolçuların zəhməti bahasına toplanıb. Bir futbolçuya pul ödənilmədiyi üçün bu qədər xal silinməsi təsiredicidir. “Yaxşı ki, “Xəzər Lənkəran”dan xal çıxdılar, bizim Avropaya getmək şanslarımız artdı” deməyimiz düzgün olmaz. Yəni onların başına gələn bu olaya görə biz sevinmirik.
Əli HƏYATİ



Bu yazı ( 42 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar