12px14px16px18px

FİFA “Xəzər Lənkəran”a şok cəza verə bilər

“XƏZƏR LƏNKƏRAN” RƏSMİSİ: “ÇALIŞACAĞIQ Kİ, XALIMIZ SİLİNMƏSİN”

00:34 / 13.04.2012
AFFA FİFA tərəfindən “Xəzər Lənkəran”ın cəzalandırıla biləcəyi ilə bağlı xəbərləri təsdiqləyib.
Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Qol.Az-ın müxbiri ilə söhbətində onlara Cənub təmsilçisinin altı xalını siləcəyi ilə bağlı məlumat daxil olduğunu deyib:
“Sənədin hazırlanması prosesi gedir. Saytımız vasitəsilə mövqeyimizi açıqlayacağıq. Yalnız o zaman bunun qərar və ya tövsiyə formasında olacağı bilinəcək” – deyə o bildirib.
Qeyd edək ki, bununla bağlı ilk xəbəri futbol11.az saytı yayıb. Məlumatda bildirilib ki, “Xəzər Lənkəran”ın 2008/2009-cu illərdə transfer etdiyi braziliyalı futbolçu Romulo Silvano FİFA-ya şikayət edib. “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra ona olan borcunun ödənilməsi ilə bağlı FİFA-ya müraciət edən Romulonun bu şikayəti müsbət cavablandırılıb. Ali futbol qurumu cəza kimi Lənkəran təmsilçisinin hesabından 6 xalın silinməsini istəyir.
“Xəzər Lənkəran” klubu FİFA-nın bu komandanın altı xalını silmək istəməsiylə bağlı məsələyə münasibət bildirib.
Klubun rəsmisi Höccət Hacıyev Qol.Az saytına deyib ki, onlar 2008-2009-cu illər mövsümündə transfer etdikləri braziliyalı Ramulo Silvanın borcunu ödəsələr də, FİFA “Xəzər Lənkəran”ın altı xalının silinməsini vacib sayıb.
“Hazırda biz cəzanın yüngülləşdirilməsi üçün danışıqlar aparırıq. Çalışacağıq ki, xalımız silinməsin. Heç olmasa, pul cəzasının tətbiq olunmasına nail olmayılıq”.
H.Hacıyev bildirib ki, AFFA-nın xəttiylə danışıqları davam etdirirlər. O, “Xəzər Lənkəran”a konkret nə vaxt cəza veriləcəyi ilə bağlı məlumatı olmadığını söyləyib.
Qeyd edək ki, hazırda Lənkəran klubu Unibank Premyer Liqada 27 oyundan 51 xalla hazırda turnir cədvəlində 2-ci yerdədir. Həmin 6 xal silinərsə, komanda 45 xalla 5-ci pilləyə düşəcək və demək olar çempionluq şansını itirəcək.




Bu yazı ( 95 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar