12px14px16px18px

Pavel Doroşev: “Ölümdən başqa hər şeyə çarə var”

00:32 / 13.04.2012
“Qəbələ” klubunun qapıçısı Pavel Doroşevin Qol.Az saytına müsahibəsi
– “Qarabağ”la bu həftə keçiriləcək oyunun hazırlıqları hansı səviyyədə gedir?
– Rəqibin səviyyəsi bizə yaxşı məlumdur. Buna görə də üzərimizdə daha çox çalışırıq. Hazırlıqlarımız çox yüksək səviyyədə gedir. “Qarabağ”ı yaxşı tanıyırıq, oyunlarını təhlil etmişik.
– Son turda “Xəzər lənkəran”a məğlubiyyət avrokuboklara vəsiqə qazanmaq şansınızı azaltdı. Bu amil komandanızı sarsıtmayıb?
– Əlbəttə, “Xəzər Lənkəran”a uduzmağımız bizə çox pis təsir etdi. İki dəfə ardı-arda məğlubiyyət almağımız sarsıdıcı oldu. Lakin deməzdim ki, komandada ruh düşkünlüyü var. Artıq “Qarabağ”la oyuna köklənməyi bacarmışıq.
– Əgər “Qarabağ”a qalib gələ bilsəniz, avrokuboklara düşmək şansınızı saxlaya biləcəksiniz?
– Dünyada ölümdən başqa hər şeyə çarə var. Qarşıdakı oyunda uda da, uduza da bilərik. Məncə, hər iki komandanın şansları bərabərdir. Lakin bu görüşdə bizi yalnız qələbə qane edir.
– “Qarabağ”dan xüsusi olaraq hansı futbolçunu dəyərləndirərdin?
– Mən deyərdim ki, bu komanda qış fasiləsindən sonra hazırda ən parlaq oyunlarını göstərir. Futbolçuları sürətli və gözəl texnikaya malikdirlər. Onların içərisində isə xüsusən Əfran İsmayılov və Vaqif Cavadovu qiymətləndirərdim. Və bir də, Rəşad Sadiqovu unutmaq olmaz. Bu futbolçu istənilən an cərimə meydançasına girib istənilən qapıçını cəzalandırmaq istedadına malikdir.
– Belə məlumat yayılıb ki, avrokubok şanslarınızın azalmasına görə mükafatınızı kəsib. Bu belədir?
– Mən “Qəbələ”nin heyətində meydana təkcə pula görə çıxmıram. Bu komandaya çox bağlandığım üçün pul ikinci plana keçir. Hər qarşılaşmaya can qoymağa çalışıram. Yalnız oyundan sonra pul və başqa şeylər haqda fikirləşmək olar.
Əli HƏYATİ



Bu yazı ( 83 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar