Neymar: “Avropaya getməyimə ehtiyac yoxdur”
00:35 / 04.04.2012
Braziliyanın “Santos” klubunun hücumçusu Neymar yenidən diqqət mərkəzinə düşüb. “Globoesporte”yə danışan braziliyalı futbolçu Avropaya getməsinin vacib olmadığını bildirib: “Təcrübə zamanla əldə olunan bir şeydir. Ötən 3 il boyunca öz üzərimdə çox işlədiyimi və bunun sayəsində də xeyli inkişaf etdiyimi söyləyə bilərəm. Daha böyük təcrübə qazanmaq üçün Avropaya getməyimə ehtiyac yoxdu. Onsuz da “Santos”da çox şey öyrənmişəm. Daha bir neçə il burada qalmaq niyyətindəyəm”. Qeyd edək ki, Neymarın 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatından sonra İspaniyanın “Barselona” klubuna transfer olunacağı gözlənilir.Bu yazı ( 108 ) - dəfə oxunmuşdur