12px14px16px18px

“Finalda “Barselona” ilə qarşılaşsaq, kuboku...”

09:57 / 28.03.2012
“Bayern” klubunun əfsanəvi futbolçularından olan Frans Bekenbauer maraqlı açıqlamaları ilə diqqət çəkib.
“Sky”a danışan Bekenbauer sabiq komandasının Çempionlar Liqasındakı şansını dəyərləndirib:
“Bu mövsüm “Bayern”in qazanacağı titullardan biri Almaniya kuboku olacaq. Ancaq Münhen təmsilçisi Çempionlar Liqasında da uğur qazana bilər. ÇL-in yarımfinalında Madrid “Real”ı ilə qarşılaşmaq ehtimalı böyükdür.
“Real”ın son dönəmlər göstərdiyi oyun hər kəsin zövqünü oxşayır. Əgər ÇL-in finalını doğma azarkeşlərin önündə oynayırsansa, hər zaman görüşün favoriti hesab olunursan. Finalda “Barselona” ilə qarşılaşsaq , məncə, kuboku “Bayern” qazanacaq”.
Qeyd edək ki, “Bayern” Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində bu gün səfərdə Marsel “Olimpik”inin qonağı olacaq.




Bu yazı ( 52 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar