12px14px16px18px

“Xəzər Lənkəran” lider “Neftçi”dən səkkiz xal geri düşdü

14:30 / 20.03.2012
Dünən Unibank Premyer Liqanın XXIV turuna yekun vurulub. Üçüncü oyun günündə bir qarşılaşma baş tutub. Kəskin hava şəraiti ilə əlaqədar olaraq təxirə salınmış “Xəzər Lənkəran” – “Bakı” oyunu dünən keçirilib. Çempionluq uğrunda mübarizəni davam etdirən “Xəzər Lənkəran” klubu öz meydanında “Bakı”nı qəbul edib. Yeni baş məşqçisi Yunis Hüseynovun rəhbərliyi altında ilk sınağına çıxan Lənkəran komandası uduzaraq çempionluq yarışında üç mühüm xal itirib. Bununla da, “Xəzər Lənkəran”la lider “Nefrçi” arasındakı xal fərqi səkkizə qalxıb. “Bakı”nın qələbə qolunu 39-cu dəqiqədə Deyvidas Çesnauskis vurub. Unibank Premyer Liqa, XXIV turun oyunları “Xəzər Lənkəran” – “Bakı” 0:1 “Rəvan” – AZAL – 2:0 “İnter” – “Neftçi” – 1:2 “Kəpəz” – “Sumqayıt” – 4:1 “Qarabağ” – “Qəbələ” – 1:1 “Simurq” – “Turan” – 1:1 Turnir cədvəlində ilk altılıqda vəziyyət belədir: 1. Neftçi 24 oyun – 52 xal, 2. İnter 48 xal, 3. Qarabağ 45 xal, 4. Xəzər Lənkəran 44 xal, 5. Qəbələ 39 xal, 6. Bakı 38 xal.


Bu yazı ( 387 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar