12px14px16px18px

Sənətin zaman sınağı

Cahangir MƏMMƏDLİ
13:28 / 06.02.2010

Azərbaycan klassik ədəbiyyatına yeni dövrün soyuq münasibəti bu ədəbiyyatın estetik idealları və estetik dəyərləri ilə böyümüş hər kəsi narahat etməyə başlayıb. Bu gün hətta orta məktəbdə məcburi proqram səviyyəsində tədris olunan klassikaya şagird münasibətinin soyuqluq səbəbini qınayanlar da çox haqlıdır. Məktəbdən başlayaraq hətta ali filoloji təhsilə qədər (elmi-filoloji araşdırmanın məcburiyyət faktı istisna olmaqla), bütövlükdə cəmiyyətin klassik bədii söz sənətinə münasibətindəki etinasızlığın səbəblərini deklorativ qınaqlardan əvvəl bilmək və araşdırmaq lazımdır. Bizim fikrimizcə, nəinki klassikaya, habelə bütövlükdə bədii söz sənətinə, kitaba, mütaliəyə etinasız münasibətin əsas köklərini zəif təbliğatda, pis təqdimatda axtarmaq lazımdır.
Orası doğrudur ki, biz indi informasiyalı cəmiyyətdə yaşayırıq və informasiya texnologiyalarının sürətli inkişafı cəmiyyəti böyük həcmli əsərlərdən uzaqlaşdırıb çılpaq informasiyaya yönəltməkdədir. Yarandığı gündən dünya ədəbi təsərrüfatında hadisə kimi qəbul edilən “Hərb və sülh” romanı – 97 çap vərəqi həcmində bir əsər – Amerikada cəmi 35 səhifəlik məzmunla informativ şəkildə oxucuya təqdim olunursa, bu, artıq yeni əsrin ədəbiyyatdan imtinasının başlanğıcı kimi də başa düşülə bilər. Lakin ədəbiyyata, bədii söz sənətinə hətta hələ bu günkü səviyyədəki etinasızlıq insanın, xüsusilə yeni nəslin estetik ideallardan uzaqlaşması, cəmiyyətin cılızlaşması faktına çevrilə bilər. Klassik ədəbiyyat özündə bütün dövrlər, zamanlar üçün aktuallıq kəsb edən idealları daşıyır. Böyük Nizaminin, Füzulinin, Vaqifin estetik idealları nəsil-nəsil insanın insan kimi kamilləşməsinə xidmət edib. Azərbaycanın M.F.Axundovdan başlamış “kritika” ilə məşğul olan ciddi filoloji araşdırma sahibləri həmişə bu ədəbiyyatın təhlilinə, təqdiminə, təbliğinə xüsusi önəm vermişlər. Bu tendensiyanın, bu vacib missiyanın öləziləşməsi ilə, insanın kamilləşmə prosesinə dəyən ziyan artıq göz qabağındadır. Bütün bunları duyan və bunun narahatlığını yaşayan filoloqlar içərisində professor Yavuz Axundlunun xüsusi xidmətləri var. Naxçıvan Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Y.Axundlunun öz yaradıcılığı boyu araşdırdığı yazıçı və şairlərin böyük əksəriyyəti klassikaya aiddir. Son vaxtlar ədəbiyyata azalan marağın qarşısında göstərmək, təslim olmaq acizlik yox, bunun səbəblərini araşdıran və yeri gəldikcə daha da fəallaşan Yavuz müəllim təzəcə çap etdirdiyi “Ədəbi portretlər” (ikinci nəşri) kitabını ciddi bir tədbir kimi meydana qoymuşdur.
Kitaba ön söz yazan professor Kamran Əliyev öz məqaləsini “Bir əsrlik bədii sözün dəyəri” adlandırıb. Bizcə Yavuz müəllimin ədəbi portretlərini həm səviyyə, həm də əhatə dairəsinə görə yalnız belə qiymətləndirmək olardı. Çünki Y.Axundlunun ədəbi portretlər qalereyası XX əsr Azərbaycan ədiblərinin böyük və geniş nümayəndələrini bizə təqdim edir.
Əlbəttə, Y.Axundlunun ədəbi portretlər qalereyasında yer almış XX əsr yazıçı və şairləri klassik kimi qiymətləndirməyimizi bəziləri ironiya ilə də qarşılaya bilər. Lakin “klassika” sözünün semantikasına, məna yükünə diqqətlə yanaşmaq kifayət edər ki, məhz XX əsrin lap son çağlarına qədərki sanballı ədiblərin klassik kimi qiymətləndirilməsinə şübhə qalmasın. M.S.Ordubadi, Hüseyn Cavid, Y.V.Çəmənzəminli, Cəfər Cabbarlı, S.Vurğun, Mir Cəlal, İ.Əfəndiyev, Rəsul Rza, M.İbrahimov, Məmməd Araz, M.H.Şəhriyar və b. yazıçı və şairlərin bir çoxunu hətta sağlıqlarında klassik adlandıran ədəbiyyatşünaslar, tənqidçilər olmuşlar. Sözün həqiqi mənasında, məsələn, M.S.Ordubadi yaradıcılığını dünyanın korifey yazıçıları ilə müqayisə etmək olar. İ.Əfəndiyev, Xəlil Rza Ulutürk, Rəsul Rza, B.Vahabzadə, M.Şəhriyar hələ sağlıqlarında klassika epitetinin zirvəsində dayanmış filosof –sənətkarlardır.
Yavuz Axundlunun portret təqdimatında bu sənətkarlar barədə ensiklopedik arayışlardan tutmuş yaradıcılıqlarının dərin qatlarına qədər hər şeyi aydın duymaq mümkündür. Professor Kamran Əliyevin sözlərilə desək, bu portretlərin hər biri “vahid bir dərsliyin ayrı-ayrı hissələridir. Görünür, tədqiqatçı alimin çoxillik müəllimlik fəaliyyəti onun araşdırmalarının pedoqoji səviyyədə olmasına da kifayət qədər müsbət təsir göstərmişdir”. Bu dəqiq fikirdəki “pedoqoji səviyyə” təkcə tələbə qavramasını deyil, bütövlükdə maariflənmə prosesini nəzərdə tutur. Çünki bu ədəbi portretlər, demək olar ki, hamı üçündür, hər kəs üçündür. Qəribədir ki, həcmcə çox da böyük olmayan bu ədəbi portretlər haqqında bəhs olunan sənətkarı hərtərəfli, çoxcəhətli yaradıcılıq istiqamətləri ilə təqdim edə bilir. Portret – oçerk janrında yazılan bu əsərlər hər bir söz sənətkarının yaradıcılığının bütün sahələrinə – hətta publisistikasına belə nüfuz edir. Bu portret oçerklərin çoxunda Y.Axundlu həm də oxucu üçün indiyədək məlum olmayan faktlardan bəhs edir. Bəzilərinin, məsələn, M.İbrahimov, C.Cabbarlı, S.Rüstəm, M.Hüseyn kimi yazıçı və şairlərin yaradıcılığında ideoloji məqamlara ironik münasibəti Yavuz müəllimin oçerklərində yoxdur. Alim bu sənətkarları zaman kontekstində araşdırır və daha çox onların yaradıcılığındakı sənətkarlıq məqamları üzərində dayanır. Yavuz müəllim sovet dövründə ideoloji kanonlarla yazıb-yaratmış sənətkarlara münasibətdə populizmdən uzaqdır. Onun üçün yazıçı var, zaman var və bu zamanın tipik lövhələrdə təqdimi var. Bu yazıçı və şairlər hansı zamanda yazıb-yaratmaqlarından asılı olmayaraq həmişə insanı, Azərbaycanı uca tutublar. Sovet ideoloji kanonları ilə yazıb yaradan M.İbrahimovun 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin sədri kimi Azərbaycan dilini dövlət dili elan etməsində göstərdiyi milli qəhrəmanlıq prinsipi onun bütün nəşrinin alt qatında özünü göstərmişlər. Yazıçı-dramaturq İ.Əfəndiyevin bütün yaradıcılığı milli ruhda olub, ədalətsizliyə, rejimə qarşı mübarizə notları ilə yoğrulmuşdur. Y.Axundlu ancaq bu kanonlara – dəyərli estetik ideallara, millətə, insana, oxucuya hörmətlə yanaşan sənətkarların ədəbi portretlərini yaradır. Bu məqamları dərindən başa düşmək üçün Hüseyn Cavid, Rəsul Rza, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, M.Şəhriyar oçerklərini diqqətlə oxumaq bəs edər.
Qeyd edək ki, Y.Axundlu çox müxtəlif üslublu, çox müxtəlif yaradıcılıq istiqamətinə malik sənətkarların bədii dünyasını araşdırır. Maraqlı orasıdır ki, Yavuz müəllim hər bir sənətkarı onun öz üslubunda tədqiq edir. Məsələn, Yavuz müəllimin araşdırmasında Mirzə İbrahimov nə qədər sakit tonda təqdim olunursa, İlyas Əfəndiyev yaradıcılığı o qədər emosional təhlil üslubunda verilir. Eyni lirik-emosional təhlil üslubunu ömrünü vətən həsrətilə keçirmiş Almas İldırım, Azərbaycan dərdini ürəyində gəzdirmiş Şəhriyar haqqındakı oçerklərə də aid etmək olar. Dediyimiz bu fikri professor K.Əliyev daha yaxşı ifadə edir: “Filologiya elmləri doktoru, professor Yavuz Axundlunun “Ədəbi portretlər” kitabı müxtəlif ədəbi növ və janrlarda yazan, müxtəlif ədəbi cərəyanlara mənsub olan, müxtəlif dövrlərin və zamanların həyat mənzərəsini, həmin mühitdə böyüyən insanlarıн psixologiyasıнı, duyğu və düşüнcələriнi özüнdə ehtiva edəн görkəmli səнətkarlarıн həyat və yaradıcılığıнdaн, oнlarıн ədəbiyyat tarixi və daha geнiş məнada xalq, millət, səнət qarşısıнdakı xidmətləriнdəн bəhs edir”. Həqiqətəн də kitabdakı ədəbi portretləriн obyektləri müxtəlif dövrləriн, zamaнlarıн, müxtəlif ədəbi cərəyaнlarıн yetirmələri olsalar da, oнlarıн heç biriнi əн azı səнətkarlıq baxımıнdaн iнkar etmək olmaz. Çüнki oнlarıн hamısıнıн “xalq, millət qarşısıнda xidmətləri var.
“Ədəbi portretlər”iн müəllifi XX əsr səнətkarlarıнıн elə нümuнələriнi təhlilə cəlb etmişdir ki, bu нümuнələr bütöv bir əsriн – XX əsriн ictimai-siyasi, ədəbi mühitiнi aнlamağa imkaн verir. Professor bu müəllifləriн yaradıcılığıнı təhlil edir, qiymətləнdirməyi isə ozucuнuн öhdəsiнə buraxır.
Tədqiqatçı –oçerkistiн daha bir yaradıcılıq keyfiyyəti haqqıнda: Y.Axuнdlu bu portretləriн hamısıнda aydıн bir üsluba, təmkiнli bir təhkiyəyə malikdir. Bu üslub termiнbazlıqdaн uzaq olub, yalнız aydıнlığa şərait yaradır. Məн Yavuz Axuнdluнuн müəllimliyiнdə və söhbətləriнdə də bu aydıн üslubuн çox şahidi olmuşam. Ömrüнüн böyük bir hissəsiнi filoloji elmimizə, klassik ədəbiyyatımızıн tədqiqiнə həsr etmiş Yavuz müəllimiн “Ədəbi portretlər”i müasir oxucuнu XX əsr ədəbi mühitiнə aparır və bu mühitiн dolğuн məнzərəsiнi yaratmağa xidmət edir.
Ədəbi portretlər bir daha sübut edir ki, əsl səнətkar və əsl səнət əsəri yaraнdığı dövrdə də, oнdaн soнrakı zamaнlarda da öz bədii dəyəriнi, estetik təsir gücüнü qoruyub saxlayır. Hər bir bədii səнət нümuнəsiнiн bu keyfiyyəti oнuн klassik dəyəriнiн ifadəsidir.
Cahangir MƏMMƏDLİ




Bu yazı ( 817 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar