12px14px16px18px

Bakıda “Musiqi və Xalq sənəti həftəsi”

12:25 / 16.05.2012
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi 21-27 may tarixlərində Filarmoniya bağında “Musiqi və Xalq sənəti həftəsi” adlı xalq və estrada musiqisi ifaçılarının konserti və əl işlərindən ibarət sərgilər təşkil edəcək. Lent.az-ın məlumatına görə, sərginin təşkilində məqsəd Bakı şəhərində keçiriləcək 57-ci “Eurovision-2012” Mahnı Müsabiqəsi zamanı xarici qonaqlara və turistlərə Azərbaycanın tarixi və mədəni irsi, zəngin mədəniyyəti və digər sahələr haqqında məlumatların çatdırılması və müvafiq xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Hər gün səhər saat 11.00-dan başlayaraq 21.00-a qədər davam edəcək sərgilərdə dekorativ-tətbiqi sənət nümunələrindən xalçaçılıq, toxunma qrafika, ağac, metal, daş üzərində oyma, dulusçuluq, bədii tikmə, mil və qarmaqla toxuma üzrə xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək. Sərgilərlə yanaşı hər gün axşam saat 18.00-da Bakı sakinləri və şəhərimizin qonaqları üçün konsertlər də təşkil olunacaq.



Bu yazı ( 49 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar