Bakıda “Qız Qalası” III Beynəlxalq İncəsənət Festivalı keçiriləcək
11:22 / 27.04.2012
Əvvəlki festivallardan fərqli olaraq, bu il ilk dəfə İDEA ekoloji kampaniyası çərçivəsində nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nə diqqəti cəlb etmək məqsədilə ceyran maketləri də hazırlanacaq. Həmin maketlər ötən illərdəki müsabiqələrdə iştirak etmiş və artıq festivalın dostları hesab olunan rəssamlar tərəfindən bəzədiləcək.Builki festivalın digər fərqləndirici cəhəti isə Qız Qalası üzərində video-mapping texnologiyasının təqdim edilməsi olacaq. Belə ki, festivalın bağlanış mərasimində Qız Qalasının üzərinə ötən festivallarda yaradılmış və abidənin arxitekturasına uyğun olan Qız Qalası maketlərinin proyeksiyası salınaraq rəngarəng görüntülər yaradılacaq.Görüntülərin yaradılmasında müasir post-prodakşn videotexnologiyalarından istifadə olunacaq. Qız Qalası səthinin fərqli görüntülərlə əhatə edilməsi məqsədilə abidənin üzərinə 7 müxtəlif nöqtədən 30 proyektor vasitəsi ilə proyeksiyalar salınacaq.Bakı sakinləri və qonaqlar bu rəngarəng görüntüləri mayın 29-a kimi izləmək imkanına malik olacaqlar.Qeyd edək ki, indiyədək Qız qalası” Beynəlxalq İncəsənət Festivalında dünyanın müxtəlif ölkələrindən 40-dan çox rəssam iştirak edib. Festival xarici rəssamları Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından tanış etməklə yanaşı, Qız Qalasının dünyada təbliğinə öz töhfəsini verməkdədir. Layihə çərçivəsində hazırlanmış unikal müəllif işləri artıq Fransa və İtaliyada nümayiş etdirilərək ictimaiyyətə təqdim olunub.Bu yazı ( 67 ) - dəfə oxunmuşdur