12px14px16px18px

Abdulla Gül: “İsrailin İrana qarşı siyasəti yanlışdır“

12:24 / 27.04.2012 “Tehranın nüvə silahı istehsal etmək üçün plan və ya proqram hazırlayıb-hazırlamadığına dair heç bir dəlil yoxdur”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Abdulla Gül ABŞ-ın “Foreign Policy” jurnalına müsahibəsində deyib. O, İsrail rəsmilərinin İrana qarşı müharibə məzmunlu ifadələrinə toxunaraq bu cür yanaşmanın yanlış olduğunu bildirib: “İsrailin İrana qarşı müharibə siyasəti yanlışdır. Mən şəxsən İranla Qərb arasında Tehranın nüvə proqramının diplomatik yolla həll edilə biləcəyinə inanıram. İranın öz nüvə imkanlarını artırmaq istəyini anlayıram. Bununla belə, Tehranın nüvə silahı istehsal edib-etməməsinə dair heç bir dəlil yoxdur”.



Bu yazı ( 83 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar