Təhsil
Biliyə əsaslanan inkişaf və intellektual insan potensialı – gələcək üçün vacib amillər kimi
7.04.12 Müvəffəqiyyətli inkişafın əsasını bilik təşkil edir, onun yaradıcısı, daşıyıcısı və tətbiq edəni isə insandır. Bu səbəbdən biliklərin əldə edilməsi və fəaliyyətdə tətbiqi üçün ən vacib amil yalnız təhsil, o cümlədən ali təhsil hesab edilir. Məhz ali təhsil intellektual potensialın formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində müstəsna əhəmiyyət daşıyır. Digər tərəfdən, “biliklər cəmiyyəti”nin formalaşmasında da ən başlıca amil ali təhsildir. “Biliklər cəmiyyəti” elə bir cəmiyyətdir ki, onun əksər üzvləri yeni biliklər əldə edir, daha çox sayda insanlar isə bu biliklərdən faydalanır, istifadə edirlər. Faktiki olaraq, biliklər insanın yaşadığı