12px14px16px18px

“Elektron təhsil” müsabiqəsində 396 layihə qeydiyyatdan keçib

00:52 / 04.05.2012
Təhsil Nazirliyinin keçirdiyi “Elektron təhsil” respublika müsabiqəsində 396 layihə qeydiyyata alınıb. Nazirlikdən verilən məlumata görə, “Elektron təhsil resursları” istiqaməti üzrə 252, “Təhsildə internet texnologiyaları” istiqaməti üzrə isə 32 layihə müsabiqədə artıq iştirak edir. Müsabiqənin I mərhələsində qəbul edilməyən resursların sayı 99-dur.Müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və Microsoft Azərbaycan, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, HP, MƏDƏD təşkilatları və Nar Mobile tərəfindən dəstəklənir. Müsabiqənin rəsmi İnternet-səhifəsi www.musabiqe.edu.az ünvanında yerləşdirilib və tam olaraq bütün məlumatları özündə cəmləşdirib. Veb-saytda müsabiqədə iştirak üçün qeydiyyat sadələşdirilib. Belə ki, müsabiqənin rəsmi İnternet səhifəsində (www.musabiqe.edu.az ) 2227 müəllim, 634 tələbə, 1610 şagird, 150 valideyn qeydiyyatdan keçib. Nazirliyin məlumatında bildirilib ki, 2012-ci ildə təqdim olunan layihələr digər illərlə müqayisədə daha peşəkar təsir bağışlayır. Fikir mübadiləsi aparmaq istəyənlərinin sayının 4 min nəfərdən çox olması müsabiqəyə olan marağı təsdiqləyir və Azərbaycanın təhsil sistemində informasiya texnologiyalarının tətbiqinin davamlı olaraq genişləndiyini göstərir. Müsabiqədə regionlarda yerləşən məktəblərin müəllimlərin İKT-dən istifadəsini dəstəkləmək üçün xüsusi olaraq “Elektron Təhsil” Respublika Müsabiqəsində iştirak edən “ən aktiv region məktəbi” nominasiyası müəyyən edilib. Bu nominasiya üzrə üç ən aktiv məktəb seçiləcək. İki mərhələdə keçiriləcək səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olan Münsiflər Heyəti aparacaq. Layihələrin qəbulu mayın 15-də başa çatır. Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq. S.QARAYEVA


Bu yazı ( 118 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar