12px14px16px18px

Şagirdlərin evdə filtrasiyalı internetdən istifadəsi tezliklə reallaşacaq

07:30 / 21.04.2012
Azərbaycanda şagirdlərin evdə filterasiyalı internetdən istifadəsi yaxın vaxtlarda reallaşacaqdır.Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata görə, artıq bu sistemin test yoxlaması başa çatıb. Yaxın vaxtlarda Azərbaycanın bəzi orta məktəblərində təhsil alan şagirdlərin evdə filtrasiyalı internetdən istifadə edə bilməsi üçün onlara pulsuz modem paylanacaq. Bu modem Təhsil Nazirliyi və “İntel” korporasiyasının birgə təşəbbüsü olan “1 şagird – 1 kompüter” layihəsində iştirak edən və pulsuz olaraq netbukla təmin olunan şagirdlərə veriləcək. İndiyədək bu layihə çərçivəsində şagirdlərə 2000 netbuk verilib. Şagirdlər onlara verilən modemlərin köməyi ilə evdə Azərbaycan təhsil şəbəkəsinə daxil olaraq filterasiyalı internetdən istifadə edə biləcəklər. Şagirdlər evdə bu modem vasitəsilə istifadə etdikləri internetin haqqını özləri ödəyəcəklər. Məlumatda bildirilib ki, filterasiyalı internetdən yalnız “1 şagird – 1 kompüter” layihəsinin iştirakçıları olan şagirdlər deyil, digər məktəblilər də istifadə edə biləcəklər. Ancaq bunun üçün həmin şagirdlər modemi öz vəsaitləri hesabına almalıdırlar. Həmin modemlərin satışının da yaxın vaxtlarda təşkil edilməsi nəzərdə tutulub. Hazırda təhsil müəssisələrinə verilən internetdə xüsusi filtrasiya sistemi tətbiq edilir. Buna görə də onlar məktəbdə porno, terror, dini təşviqatlar aparan saytlara daxil ola bilmirlər.
S.QARAYEVA




Bu yazı ( 161 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar