12px14px16px18px

Ziya Bünyadovun 90 illiyilə bağlı Dillər Universitetində konfrans keçirilib

10:32 / 20.04.2012
Dünən Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın görkəmli tarixçisi və şərqşünas alimi, ictimai xadim, tarix elmləri doktoru, akademik Ziya Bünyadovun 90 illik yubileyinə həsr olunan elmi-praktiki konfrans keçirilib. Konfransda çıxış edən rektor, millət vəkili Səməd Seyidov bildirib ki, Z.Bünyadov Azərbaycan xalqının mübarizlik, ziyalılıq nümunəsidir. O, Z.Bünyadovun zəngin və çoxşaxəli yaradıcılığı sayəsində ölkədə tarix elmi yeni mərhələyə yüksəldiyini diqqətə çatdırıb. S.Seyidov qəhrəmanların təbliği ilə yanaşı, fəaliyyətlərinin də təbliğə ehtiyacı olduğunu vurğulayıb: “Millətin qəhrəmanının tarixdə saxlamaq üçün, təkcə onun haqqqında danışmabq deyil, gördüyü işləri, fəaliyyəti və yaradıcılığını da təbliğ etmək və qorumaq lazımdır”. ADU-nun Azərbaycan tarixi kafedrasının müdiri, dosent Xanməmməd İbrahimov “Z. Bünyadovun həyat və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib. “Akademik Z. Bünyadovun elmi fəaliyyəti haqqında” məruzə ilə ilə çıxış edən Azərbaycan tarixi muzeyinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı görkəmli alimin ilk aspirantı olduğunu bildirib. “Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun döyüş yolu” mövzusundan isə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov bəhs edib. Sonra Z.Bünyadovun həyat yoldaşı Tahirə Bünyadova çıxış edərək həyat yoldaşı ilə bağlı olan xatirələrindən, keçdiyi həyat yolundan danışıb. Sonda Z.Bünyadovun həyat və fəaliyyətindən bəhs edən slayd nümayiş olunub. S.QARAYEVA  


Bu yazı ( 77 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar