12px14px16px18px

“Qış və dağ turizmi: müvəffəqiyyət üçün yeni strategiyalar” müzakirə edilib

10:18 / 20.04.2012
Andorra Knyazlığının La Massana şəhərində Dünya Turizm Təşkilatının təşkilatçılığı ilə “Qış və dağ turizmi: müvəffəqiyyət üçün yeni strategiyalar” mövzusunda VII Ümumdünya konqresi keçirilib. Azərbaycan Turizm İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, dünyanın 30 ölkəsindən hökumət nümayəndələrinin, o cümlədən nüfuzlu turizm müəssisələri rəhbərlərinin və ekspertlərin qatıldıqları beynəlxalq tədbirdə ölkəmizi bu ali təhsil müəssisəsinin rektoru, professor Cəfər Cəfərov təmsil edib. İşini uğurla başa vuran konqresdə 18 məruzə dinlənilmiş, informasiya-kommunikasiya texnologiyaları əsasında dağ turizminin inkişaf strategiyası, yay mövsümü üçün nəzərdə tutulan məhsul və xidmətlərin yeni çeşidlərinin təqdim olunması, dağ turizmi destinasiyasının aşkarlanması və digər mövzular müzakirə predmeti olub. Tədbirin sonuncu günündə Valnord xizək kurortunda keçirilən mədəni tədbir də bütün iştirakçıların böyük marağına səbəb olub. Andora Knyazlığı cənub-qərbi Avropada yerləşir. Qışı qarlı və şaxtalı keçir. Qar fırtınaları və uçqunlar bu ərazi üçün səciyyəvi sayılır. Əhalisinin sayı 75 min olsa da, hər il Andorra Knyazlığına on milyon turist axın edir. Bask dilində “boş yer” mənası verən Andorra cazibədar turizm məkanı kimi dəyərləndirilir. Qış və dağ turizmi bu ölkəni məşhurlaşdıran, dünyanın hər yerindən turistləri özünə cəlb edən başlıca amildir.
S.QARAYEVA


Bu yazı ( 80 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar