12px14px16px18px

Ümumdünya Turizm Təşkilatının nümayəndələri Azərbaycan Turizm İnstitutunda olublar

02:05 / 19.04.2012

Ümumdünya Turizm Təşkilatının nümayəndə heyətinin üzvləri – İpək Yolu proqramı və sərgilər üzrə direktoru Alla Peressolova və qoşulmuş üzvlər layihəsinin meneceri Dimitri İlyin Azərbaycan Turizm İnstitutunun (ATİ) qonağı olublar. Görüşdə ATİ-nin prorektoru Eldar Aslanov, Turizm işinin təşkili və idarəedilməsi fakültəsinin dekanı Nəsirulla Nəsirli, kafedra müdiri Bahadur Bilalov, struktur rəhbərləri və tələbələr iştirak ediblər. A.Peressolova təşkilatın yaxın 18 il üçün nəzərdə tutulan strateji inkişaf proqramının şərhi ilə söhbətə başlayıb.
Təmsil etdiyi qurumda 161 ölkənin tam üzv kimi, 80 ölkədən isə 400 qoşulmuş üzv statusu daşıdığını bildirib. Tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, təşkilat 2030-cu ilədək 1.8 milyarda yaxın insanın turist kimi səyahət edəcəyini proqnozlaşdırır. Keçən əsrin 80-ci illərdində bu göstərici 277 milyon nəfərə çatırıb. A.Peressolova daha sonra bildirib ki, son dövrlər turistlər seçimlərində Asiya və Sakit okean regionuna üstünlük verirlər. Lakin mütəxəssislərin fikrincə 2030-cu ilədək səyahət seçimində şimal-şərqi Asiya regionu mühüm mövqe tutacaq. Getmə turizmi istiqamətində dünya turizm bazarında ən yüksək pay Avropya məxsusdur.
Asiya və Sakit okean regionu isə Avropadan hələlik geri qalır. Qoşulmuş üzvlər üzrə layihə meneceri Dimitri İlyin turizmin inkişafında dövlət və özəl sektor arasında tərəfdaş qismində iş birliyindən danışıb. Söhbət əsnasında xüsusi vurğulayıb ki, rəhbərlik etdiyi struktura 400-ə yaxın təşkilat, o cümlədən avia şirkətlər, otel şəbəkələri daxildir. D.İlyin dövlətin turizmdən əldə etdiyi mənfəət bankında xarici valyuta, infrastrukturun yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, vergilərin toplanması, o cümlədən iqtisadiyyatın inkişafını başlıca amil kimi dəyərləndirib. Marketinq baxımından dövlət və özəl sektor şəbəkəsində müsbət imicin yaradılması, yeni bazarların inkişafı, marketinq araşdırılmalarının həyata keçirilməsi, məhsul və xidmət keyfiyyətlərini, o cümlədən ətraf mühitin yaxşılaşdırılmasını faydalılıq əmsalı kimi səciyyələndirib.
Görüşün sonunda Alla Peressolova xüsusilə qeyd edib ki, İsveçrənin Lozanna Turizm ali məktəbi yeni layihə ilə bağlı “İpək Yolu”nun 10 ölkəsi, o cümlədən Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir. Elə bu səbəbdən rəhbərlik etdiyi qurumun təkliflər paketində məhz ATİ-nin məlumat dəstəyinə xüsusi önəm verilir. Bu istəyin gerçəkləşəcəyinə əminliyini bildirib. A.Peressolova “AITF 2012” XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində ATİ tələbələrinin Ümumdünya Turizm Təşkilatının stendində iştirakından məmnun qaldığını və ATİ-yə təşkilatın bayrağının hədiyyə edildiyini deyib.
S.QARAYEVA



Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar