12px14px16px18px

Ədliyyə sistemində işə qəbul üçün müsabiqə elan edilib

00:21 / 11.04.2012
Ədliyyə orqanlarında vakant yerlərin tutulması üçün növbəti müsabiqə elan olunub. Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində çalışmaq üçün “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunun tələblərinə cavab verən Azərbaycan vətəndaşları müsabiqəyə dəvət olunur. Müsabiqədə iştirak etmək istəyənlər fəaliyyət qabiliyyətli, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmamış, fiziki və əqli cəhətdən bu orqanlarda işləməyə qadir olan ali hüquq təhsilli olmalıdırlar.
Xatırladırıq ki, müsabiqədə iştirak proseduru sadələşdirilib və birinci mərhələdə – test imtahanında iştirak etmək üçün yalnız müvafiq ərizə ilə müraciət etmək kifayətdir.
Ərizənin formasını Ədliyyə Nazirliyindən (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1) və ya nazirliyin internet səhifəsindən götürmək olar. Test imtahanında uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar. Müsabiqədə iştirak etmək üçün ərizələr aprelin 10-dan etibarən yuxarıda göstərilən ünvanda qəbul olunur (əlavə məlumatı internet səhifəsi və ya 430-01-18, 430-11-05 nömrəli telefonlar vasitəsilə almaq olar).
Qeyd edək ki, test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcək.
S.QARAYEVA



Bu yazı ( 93 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar