12px14px16px18px

Doktoranturanın dövlət standartı aprelin sonunadək Nazirlər Kabinetinə təqdim ediləcək

04:17 / 10.04.2012
“Azərbaycanda doktorantura təhsilinin dövlət standartı və proqramı”nın yekun variantı bu ayın sonuna qədər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim ediləcək”.
Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynovanın sözlərinə görə, sənəd üzərində işlər yekunlaşmaq üzrədir. G.Hüseynova sənədin təqdimatının gecikməsinin səbəbini də açıqlayıb. O qeyd edib ki, doktorantura ilə bağlı standartlar Azərbaycanda ilk dəfə hazırlandığından onun üzərində daha çox işləmək və digər dövlətlərin təcrübəsini öyrənmək lazım gəlib. Azərbaycan Türkiyə, Qazaxıstan, Gürcüstanın doktorant hazırlığı ilə bağlı təcrübəsini və Avropa Şurasının doktorant hazırlığı üzrə sənədlərini əsas götürüb: “Məlumat üçün bildirim ki, bu il Azərbaycanda doktoranturaya qəbul yeni hazırlanan doktorantura üzrə təhsil standartlarına əsasən keçiriləcək. Bu il də doktoranturaya sənəd qəbulunun avqust ayında elan ediləcəyi, qəbul imtahanlarının isə payızda keçiriləcəyi gözlənilir”.
S.QARAYEVA



Bu yazı ( 90 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar