12px14px16px18px

Naxçıvanda orta təhsil üzrə məlumatlar Təhsil Nazirliyinin vahid elektron bazasında yerləşdirilib

13:50 / 05.04.2012
Bu il ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında orta təhsil üzrə məlumatlar Təhsil Nazirliyinin orta ümumtəhsil müəssisələri üzrə vahid elektron məlumat bazasına daxil edilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, artıq Naxçıvan Muxtar Respublikası üzrə bütün şagirdlər və orta məktəb müəllimləri haqqında Təhsil Nazirliyində məlumatlar var. 2011-2012-ci tədris ili üzrə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkədəki 1 milyon 300 mindən çox şagird, 170 minə yaxın müəllim, texniki işçilərlə birgə məktəblərdə çalışan 200 minə qədər işçi haqqında məlumat var.
Məlumata görə, 2011-2012-ci tədris ili üçün respublikanın ümumtəhsil məktəblərinin kadrları (soyadı, adı və atasının adı, tutduğu vəzifə, əmək kitabçasından bəzi məlumatlar, şəxsiyyət vəsiqəsindəki məlumatlar, ümumi və fənlər üzrə dərs saatı, bitirdiyi ali məktəb və ixtisası, bildiyi xarici dil və sair) və məktəbdə təhsil alan şagirdlər haqqında məlumatlar bazaya daxil edilib. Nazirliyin məlumatında bildirilib ki, 2012-2013-cü tədris ili üçün Polşanın ali təhsil müəssisələrində hüquq, siyasi elmlər və ən yeni tarix sahələri üzrə fərdi elmi staj üçün Kriştov Skubışevski adına təqaüd elan edilib. Varşava Universiteti tərəfindən elan edilmiş proqramda namizədlik dissertasiyasını müdafiə etmiş və ya elmi fəaliyyət sahəsində geniş təcrübəyə malik, ingilis dilini bilən, yaşı 40-dək olan şəxslər iştirak edə bilərlər. Polyak dili bilən namizədlərə üstünlük veriləcək. Polyak dilini bilməyənlərə isə dil hazırlığı kursları keçiləcək.
Maraqlananlar aprelin 10-dək sənədlərini təşkilatçılara göndərməlidirlər.
S.QARAYEVA





Bu yazı ( 103 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar