12px14px16px18px

BDU-da Elmi Şuranın növbəti iclası keçirilib

01:16 / 05.04.2012
Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası olub.
Universitetin rektoru Abel Məhərrəmov təmsil etdiyi ali məktəbin Azərbaycanın elm hövzəsi olan AMEA və digər elmi müəssisələrlə gücünü birləşdirmək niyyətində olduğunu açıqlayıb. Şuranın gündəliyi qəbul olunub və bir qrup ali məktəb əməkdaşına elmi adlar verilib.
Sonra iclasda 2011-ci ildə yerinə yetirilən elmi-tədqiqat işləri haqqında universitetin elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadənin hesabatı dinlənilib. Hesabatda bildirilib ki, universitetin 17 fakültəsinin 124 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 3 elmi-tədqiqat mərkəzində və 24 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır: “Ümumiyyətlə, 2011-ci ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 221 mövzu üzrə 1151 elmi iş yerinə yetirilib. Hesabat ilində universitetdə fəaliyyət göstərən 6 daimi və 36 birdəfəlik dissertasiya şuralarında 93 nəfər ixtisas üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya (onlardan 47 nəfəri BDU-nun əməkdaşı, doktorantı və dissertantıdır) müdafiə edib. BDU əməkdaşları tərəfindən ixtisas üzrə 12 elmlər doktoru və 23 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edilib”.
A. Kazımzadə 2011-ci ildə universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları haqqında da məlumat verib: “Hesabat ilində universitetin əməkdaşları tərəfindən 63 (42 beynəlxalq və 21 ölkədaxili) elmi layihələr həyata keçirilib. Universitetdə 114 000 manat dəyərində təsərrüfat hesablı elmi-tədqiqat işləri də aparılır”.
Elmi Şurada AMEA-nın prezidenti Mahmud Kərimov da çıxış edib.
S.QARAYEVA



Bu yazı ( 90 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar