12px14px16px18px

Tələbə Gənclər Təşkilatları İttifaqı nazir müavinlərilə gənclərin görüşünü keçirib

07:35 / 04.04.2012

Təhsil nazirinin müavini Qulu Novruzov və gənclər və idman nazirinin müavini İntiqam Babayev gənclərlə görüşüblər. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat xidmətindən verilən məlumata görə, görüş çərçivəsində hər iki nazir müavini ATGTİ-nin əməkdaşları, təşkilatın işçi qruplarının rəhbərləri və fəalları ilə tanış olub, təşkilatın irihəcmli layihə və tədbirləri, nəşrləri ilə maraqlanıblar. Görüşün davamında qonaqlar ATGTİ-nin nümayəndələri ilə səmimi söhbət edərək, Azərbaycan gəncliyi, onların ictimai fəaliyyəti ilə bağlı fikirlər səsləndiriblər. Təhsil nazirinin müavini gənclərə dövlətin xaricdə təhsil proqramı haqda ətraflı məlumat verərək, onları bu şansdan ən yüksək səviyyədə istifadə etməyə çağırıb: “Biz akademik göstəriciləri yüksək olmaqla yanaşı, respublikamızı başqa ölkələrdə layiqincə təmsil edə biləcək gənclərin xaricdə təhsil almalarında maraqlıyıq”. Daha sonra İntiqam Babayev potensiallı tələbələrin ATGTİ-yə necə cəlb olunduğu ilə maraqlanıb. Görüş zamanı ölkədə həyata keçirilən dövlət gənclər siyasəti müzakirə edilib. Nazir müavinləri gənclər şəbəkəsinin daha da genişləndirilməsinin və regionda təhsil alan gənclərin ictimai fəaliyyətə aktiv cəlb olunmasının vacibliyini vurğulayıb. Qeyd edək ki, görüşün sonunda hər iki nazir müavini “Baku-2020” imzatoplama kampaniyasına qoşularaq, öz imzaları ilə kampaniyanı dəstəkləyiblər. S.QARAYEVA


Bu yazı ( 121 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar