12px14px16px18px

Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadası keçiriləcək

07:34 / 04.04.2012
Dünən “Çağ” Öyrətim Şirkəti aprelin 6- 7-də Bakıda baş tutacaq Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadası ilə bağlı mətbuat konfransı keçirib. Azərbaycan-Türkiyə özəl liseyləri baş idarəsinin rəisi Arif Gömleksiz bildirib ki, bu olimpiadanın məqsədi Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması mövzusunda gənc nəsli bilikləndirməkdir. Onun sözlərinə görə, bununla yanaşı şagirdlərdə ekoloji şüuru inkişaf etdirmək,ətraf mühitə qarşı həssas, müsbət və qalıcı münasibəti formalaşdırmaqdır: “Eyni zamanda təbii, mədəni, tarixi və sosial estetik dəyərləri qorumaqdır. Qeyd edim ki, bu tədbirin təşkilatçıları Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Çağ” Öyrətim Şirkəti, və “İNEPO-AVRASİYA” Ekologiya İctimai Birliyidir. Bir il keçiriləcək 6-cı İNEPO-AVRASİYA Ekologiya Olimpiadasında Əfqanıstan, Türkiyə, Polşa və bütövlükdə 42 ölkədən 400-ə qədər iştirakçı yarışacaqlar”. A.Gömleksiz qeyd edib ki, olimpiada Heydər Əliyev adınqa İdman-Konsert Kompleksində keçiriləcək. “Çağ” Öyrətim Şirkətinin prezidenti Ənvər Özeren bildirib ki, xarici ölkələrin şagirdlərinin 350-dən 80-nin, azərbaycanlı şagirdlərin isə 294-dən 64-nün olimpiadaya təqdim etdiyi layihələr qəbul edilib. Onun sözlərinə görə, tədbir çərçivəsində olimpiada iştirakçıları Təhsil Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən görüşlərə qatılacaqlar: “Həmçinin iştirakçılar Fəxri xiyabanı ziyarət edəcək və sonra isə Dövlət Neft Şirkətində və İctimai Televiziyada görüşləri olacaq. Olimpiadanın sonunda qaliblər mükafatlandırılacaq”. S.QARAYEVA


Bu yazı ( 128 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar