12px14px16px18px

“Biz birlikdə bacararıq” foto müsabiqəsinə start verilib

07:32 / 04.04.2012  
Gənclər və İdman Nazirliyi 16-29 yaşlı gənclər arasında “Biz birlikdə bacararıq” devizi altında foto-müsabiqəyə start verib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın sözlərinə görə, qısa müddət ərzində müsabiqəyə 200-dən artıq şəkil təqdim olunub. Münsiflər heyəti tərəfindən seçiləcək şəkillərin müəllifləri mükafatlandırılmaqla bərabər, eyni zamanda onların adları da qeyd olunmaqla, təqdim etdikləri fotolar bütün dünyada böyük maraqla baxılan www.baku2020.com saytında nümayiş olunacaq: “Müsabiqə 2020 Yay Olimpiya oyunlarının Bakı şəhərində keçirilməsinə dəstək olaraq reallaşır. Ən maraqlı məqam isə müsabiqəyə Bakı şəhəri də daxil olmaqla, Azərbaycanın bütün regionlarından marağın göstərilməsidir. Müsabiqədə I yerə layıq görüləcək iştirakçı 400 manat, II yerə layıq görüləcək iştirakçı 300 manat, III yerə layıq görüləcək iştirakçılar isə 2 nəfər olmaq şərti ilə ayrı-ayrılıqda 200 manat pul mükafatı və diplomlarla təltif olunacaqlar. Təqdim olunan fotoşəkillər www.baku2020.com saytında nümayiş olunacaq”. S.Məmmədova bildirib ki, fotoşəkillər Azərbaycanın zəngin mədəniyyətini, idman infrastrukturunun inkişafını, təbii irsinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunmasını, ölkənin idman sahəsində qazandığı uğurlarını əks etdirməlidir. S.Məmmədova qeyd edib ki, müsabiqədə iştirak etmək istəyən gənclər fotoşəkilləri [email protected] elektron ünvanına göndərməlidir. Hər bir iştirakçı 5-dək fotoşəkil təqdim edə bilər. Təqdim olunan hər bir fotoşəkilin adı qeyd olunmalıdır. Hər bir iştirakçı haqqında məlumat ( adı, soyadı, təvəllüd, telefon nömrəsi) əlavə olunmalıdır. S.QARAYEVA


Bu yazı ( 85 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar