12px14px16px18px

“İrəli”nin nümayəndələri Romadakı “Gələcəyə yeni baxış” forumunda Azərbaycanı təmsil ediblər

07:32 / 04.04.2012  
İtaliyanın paytaxtı Romada keçirilən “Gələcəyə Yeni Baxış: İnkişaf-Resurslar-Əməkdaşlıq” adlı beynəlxalq forum başa çatıb. “İrəli” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, forumda Azərbaycanı Birliyin beynəlxalq əlaqələr üzrə katibi Cavid Osmanlının başçılığı ilə 4 nəfərdən ibarət nümayəndə heyəti təmsil edib. Tədbir iştirakçıları dörd panel üzrə – “İqlim dəyişikliyi”, “Müasir texnologiyaların inkişafı”, “Nüvə materialları və texnologiyanın yayılmasının qarşısının alınması” və “Davamlı inkişafa nail olmaq istiqamətində gənclərin rolu” mövzuları ətrafında müzakirələr aparıb. Tədbirdə 50-dən yuxarı ölkənin 400-dən çox nümayəndəsi iştirak edib. Sonda tədbirin dörd qətnaməsi qəbul olunub. Daha sonra təşkilatçılar sırasında yer alan İtaliyanın ən böyük gənclər təşkilatlarından biri “Giovani Nel Mondo” ilə “İrəli” İctimai Birliyi arasında görüş keçirilib. Əldə olunan razılaşmaya əsasən, Azərbaycandan ilk dəfə olaraq “İrəli” İctimai Birliyi BMT-nin Roma Modeli beynəlxalq simulyasiya oyununda hər il yeni heyətlə təmsil olunacaq. Birliyin məlumatında bildirilib ki, hər il Romada keçirilən BMT-nin Roma Modeli gənclərin beynəlxalq simulyasiya oyunlarıdır. Bu forumda dünyanın müxtəlif ölkələrindən olan 1000-ə yaxın gənc bir araya gələrək iqtisadiyyat, beynəlxalq əlaqələr və diplomatiya sahəsində müxtəlif simulyasiya oyunlarında iştirak edirlər. S.QARAYEVA


Bu yazı ( 84 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar