12px14px16px18px

“İdarəetmədə İKT-nin tətbiqi” mövzusunda seminar keçirilmişdir

01:00 / 03.04.2012
Bugünlərdə Qafqaz Universitetində “Bu günün gəncləri sabahın liderləri” layihəsi çərçivəsində “İdarəetmədə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi” mövzusunda seminar keçirilib. Ayrı-ayrı universitetlərdən bakalavrların iştirak etdiyi seminarda mütəxəssislər müasir dünyada informasiya-kommunikasiya texnologiyalarının rolu, İKT-nin müxtəlif sahələrdə tətbiqi barədə danışıblar. Qafqaz Universitetinin mühəndislik fakültəsinin dekanı Yadulla Babayev bildirib ki, müasir qloballaşma şəraitində elm və təhsil, səhiyyə, iqtisadiyyat və digər sahələrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin vacibliyini qeyd edən natiqlər bununla bağlı təhsil müəssisələrində mühüm layihə və proqramların həyata keçirilib. Qafqaz Universitetinin müəllimi Anar Rüstəmov isə vurğulayıb ki, bu gün informasiya texnologiyalarının sürətli inkişafı müxtəlif problemlərin həllində əvəzedilməz rol oynayır: “Təhsilin informasiyalaşdırılmasında ən vacib məsələlərdən biri də müəllimlərin İKT üzrə tətbiqi biliklərinin artırılmasıdır. Müəllimlərin treninqlərdən keçməsi onlara İKT vasitəsilə tədrisi daha effektiv qurmağa imkan verir. Təhsil işçilərinin İKT üzrə biliklərinin təkmilləşdirilməsində təlimçi kimi daha hazırlıqlı müəllimlərin iştirakını çox müsbət qiymətləndirirəm”. Qeyd edək ki, seminar çərçivəsində “İKT-nin inkişafının əsasları”, “Daimi inkişaf mərhələsində İKT”, “Mədəniyyət və turizmdə İKT” və digər mövzularda təqdimatlar olub, müzakirələr aparılıb. S.QARAYEVA



Bu yazı ( 145 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar