12px14px16px18px

31 Mart soyqırımının qurbanları BDU-da yad edilib

14:04 / 31.03.2012
Dünən Bakı Dövlət Universitetində (BDU) 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Təbirdə çıxış edən universitetin rektoru Abel Məhərrəmov bildirib ki, 31 Mart soyqırımı ermənilərin xalqımıza qarşı törətdiyi ən qanlı cinayətdir. O deyib ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxı, Quba, Lənkəran rayonlarında 50 mindən artıq azərbaycanlını qətlə yetirib, evlərini talan edib. Bu hadisələr nəticəsində 10 minlərlə insan yurd-yuvasından didərgin düşüb. Rektorun sözlərinə görə, bu soyqırım ilə əlaqədar ən tutarlı sənəd həmin hadisələrdən 80 il sonra qəbul edilib. Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla 1918-ci ilin qırğınlarına siyasi qiymət verilib.
Tədbirdə çıxış edən BDU professoru Anar İsgəndərov isə bildirib ki, tarixin müxtəlif dövrlərində olduğu kimi, 1988-ci ildə də ermənilər Azərbaycan xalqına qarşı torpaq iddiası irəli sürərək Azərbaycan xalqına qarşı soyqırımı törətdiklərindən danışdı. Onun fik rincə, bu cür tarixi faktlar yalnız ildönümləri zamanı deyil, adi günlərdə də, hər zaman yad edilməlidir. Bu zaman əsas məsuliyyət gənclərin üzərinə düşür. Çünki bu günün gənci gələcəkdə ölkənin aparıcı qüvvəsidir.
Universitetin professoru Qüdrət İsmayılzadə və digərləri soyqırım ilə bağlı fikirlərini bölüşüblər.
S.QARAYEVA





Bu yazı ( 169 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar