12px14px16px18px

Qulu Novruzov:“Qara siyahı” ifadəsi saxta diplom mənasını vermir”

13:22 / 30.03.2012
“Ötən gün keçirilən konfransda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bəzi mətbuat orqanlarının yazdığı kimi “saxta diplom” sözünü işlətməyib, orada “qara siyahı” ifadəsini səsləndirib ki, bu da saxta diplom mənasını vermir”. Bunu jurnalistlərə verdiyi açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov bildirib. Nazir müavininin sözlərinə görə, bu gün Azərbaycanda xarici ölkələrdən Azərbaycan ali təhsil müəssisələrinə köçürülən tələbələr var: “Əgər bu gün Türkiyədə təhsil alan azərbaycanlı tələbə ailə vəziyyəti ilə əlaqədar Azərbaycana köçürsə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası keçirən imtahanda iştirak etmirsə, bunun “qara siyahı”ya salınmasını başa düşə bilmirəm”. Q.Novruzov həmçinin bildirib ki, bu proses qeyri-qanuni hesab olunmur və tam qanunidir “22 323 diplomun “qara siyahı”ya düşməsi barədə dünən verilən açıqlamaya gəlincə isə, nazir müavini bildirib ki, onlar digər ölkələrdən köçürülən tələbələr ola bilər. “Sadəcə onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanlarında iştirak etməyiblər, lakin Təhsil Nazirliyi tərəfindən onlara qanuni diplomlar verilib”.
S.QARAYEVA



Bu yazı ( 108 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar