12px14px16px18px

BDU-da iki fakültəyə yeni dekan seçiləcək

08:24 / 29.03.2012
Bakı Dövlət Universitetində səlahiyyət müddəti başa çatmış Tətbiqi riyaziyyat və kibernetika, eləcə də Jurnalistika fakültələrinin dekanı vəzifələrini tutmaq üçün müsabiqə elan edilib. Bakı Dövlət Universitetinin (BDU) mətbuat və informasiya şöbəsinə istinadən verdiyi məlumata görə, sənədlər bir ay müddətində təqdim edilməli və təyinolunmanın şəffaf, obyektiv aparılmasını təmin etmək məqsədilə akademik Vasim Məmmədəliyevin sədrliyi ilə fəaliyyət göstərən komissiya tərəfindən araşdırılacaq. Komissiya dekan vəzifəsinə iddiaçılar haqqında fakültənin tərkibində olan bütün kafedraların rəyini nəzərə alacaq və sonra hər bir iddiaçı ilə bağlı araşdırmalar aparılacaq.
Nəticələri səs çoxluğu ilə qiymətləndiriləcək və iddiaçının həmin vəzifəyə təyin olunub-olunmaması ilə bağlı rektorluq təqdimat verəcək. Qurumdan verilən məlumata görə, istənilən şəxs, hətta xarici ölkə vətəndaşı da müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim edə bilər.
S.QARAYEVA




Bu yazı ( 82 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar