12px14px16px18px

“Mədəniyyətlərarası Dialoqda gənclərin rolu” layihəsi başlayır

08:24 / 29.03.2012
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi “Mədəniyyətlərarası Dialoqda gənclərin rolu” adlı beynəlxalq layihəyə start verir. Təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, layihə Azərbaycanda vətəndaş iştirakının artırılması məqsədilə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və “Avropa Mədəniyyətlərarası forum, V.” (Berlin, Almaniya) əməkdaşlığı nəticəsində, Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə proqramının” və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Təlim kursu müddətində qeyri-formal təhsil metodu vasitəsilə bugünki Avropada mədəniyyətlər arası dialoqda gənclərin rolu, mədəniyyət və oxşarlıqlar öyrəniləcək. Bundan əlavə təlim zamanı Avropa cəmiyyətində gənclər barəsində olan mövcud çağdaş və tarixi faktorların öyrənilməsi və diskussiyası nəzərdə tutulub. Təlim kursunun məqsədlərindən biri də gənclər sahəsində çalışanları lazımi nəzəri vasitə və metodlarla təmin etməklə gənclərin qeyri-formal təhsil vasitəsilə ictimai fəallığın artırılmasıdır.
Təlim Azərbaycanın Gəncə şəhərində keçiriləcək. Layihə ümumilikdə hər ölkədən (Almaniya, Türkiyə, Litva, Danimarka, İtaliya, Rumıniya, Birləşmiş Krallıq, Albaniya, Bosniya və Herseqovina, Makedoniya, Rusiya, Ukrayna, Gürcüstan və Azərbaycan) 2 nəfər olmaqla özündə proqram ölkələrindən 14 əməkdaş, ŞAMA (Şərqi Avropa və Mərkəzi Asiya) və CŞA (Cənub Şərqi Avropa) əməkdaş ölkələrini əhatə edir.
S.QARAYEVA



Bu yazı ( 74 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar