12px14px16px18px

Ötən il Təhsil Nazirliyinin tabeliyində olan 20 ali təhsil müəssisəsində 98113 nəfər tələbə təhsil alıb

08:23 / 29.03.2012
2011-ci ildə Azərbaycanda fəaliyyət göstərən 51 ali məktəbdə 120488, Təhsil Nazirliyinin tabeliyində olan 20 ali təhsil müəssisəsində 98113 nəfər tələbə təhsil alıb. Onlardan magistratura səviyyəsində müvafiq olaraq 8072 və 7753 nəfər olub. Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili sahəsi üzrə 2011-ci ildə görülmüş işlərə dair hesabatda bildirilir ki, ali məktəblərin 36-sı dövlət, 15-i qeyri-dövlət ali təhsil müəssisəsidir. Ötən il ali məktəblərdə işçilərin sayı 26094 (professor-muəllim heyəti 13161), nazirliyin tabeliyində olan ali təhsil müəssisələrində işləyənlərin sayı 20085 nəfər (professor-müəllim heyəti 10051) təşkil edib. Ali təhsil sistemində 1073 (Təhsil Nazirliyi 831) elmlər doktoru, 5103 (Təhsil Nazirliyi 3713) elmlər namizədi çalışıb. Ali məktəblərə 29975 nəfər tələbə qəbul olunub. Onların 3320 nəfərini magistrlər təşkil edir. 2010-2011-ci tədris ilində nazirliyin tabeliyində olan ali məktəblərin bakalavriat səviyyəsini 22173, magistratura səviyyəsini 2549 nəfər məzun bitirib. 2011-ci ildə Azərbaycanda 56 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərib. Onlardan 55-i dövlət, 1 qeyri-dövlət orta ixtisas təhsili məktəbidir. 2011-ci ildə orta ixtisas təhsili müəssisələrində 115 ixtisas üzrə 51681 tələbə təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 7013 müəllim məşğul olub. Nazirliyin tabeliyində olan orta ixtisas məktəbləri üzrə isə həmin ildə tələbələrin sayı 44133 nəfər, müəllimlərin sayı isə 5517 nəfər olub. 2010-2011-ci tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin 14955 plan yerinə 12232 nəfər tələbə qəbul olunub. Həmin ildə orta ixtisas təhsili müəssisələrini 13816 nəfər, nazirliyin tabeliyində olan təhsil müəssisələrini isə 11325 nəfər məzun bitirib.
S.QARAYEVA



Bu yazı ( 75 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar