12px14px16px18px

Azad Rəhimov Böyük Britaniyaya rəsmi səfər edib

10:17 / 28.03.2012
Gənclər və idman naziri Azad Rəhimovun Böyük Britaniyaya rəsmi səfəri başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın sözlərinə görə, səfərdə əsas məqsəd Londonda 2012-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına məsul şəxslərlə görüşlər keçirib, müzakirələr aparmaqdır. Azad Rəhimov Böyük Britaniyanın idman və olimpiya naziri Hugh Robertson, eyni zamanda Britaniya Olimpiya Assosiasiyasının baş katibi Colin Moynihanla görüşüb. Görüşdə A.Rəhimov qeyd edib ki, Londona səfərin əsas məqsadi yayda bu şəhərdə keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına məsul şəxslərlə görüşlər keçirib, görülən işlərlə daha yaxından tanış olmaqdır: “Olimpiya oyunlarına ev sahibliyi etmiş ölkələrin təcrübəsi ilə daha yaxdından tanış olmaq mühüm əhəmiyyət kəsb edir. Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi hər bir ölkənin həyatının ən böyük təcrübəsi hesab edilə bilər.
2020-ci ildə Olmipiya oyunlarına ciddi şəkildə ev sahibliyi etmək istiqamətində namizəd şəhər olduğumuz və bu mübarizədə çox ciddi rəqiblərimiz olduğunu nəzərə alsaq hər bir detalın diqqətlə öytənilməsi mühüm əhəmiyyət kəsb edir”. S.Məmmədova bildirib ki, gələn həftə Bakı 2020 təşkilat heyəti Bakı və Lozanna arasında yaradılacaq xüsusi video konfrans vasitəsilə Beynəlxalq Olmipiya Komitəsinin mütəxəssislərinə oyunların planını təqdim edəcək.
Daha sonra aprel ayında Moskva şəhərində dünyanın bütün ölkələrindən təşrif buyurmuş 1000-dən artıq Milli Olmipiya Komitələrinin nümayəndələri üçün təqdimat ediləcək.
A.Rəhimov bildirib ki, bu iki təqdimat bizim uğurun açarı da hesab edilə bilər: “Biz Beynəlxalq Oimpiya Komitəsinə yalnız oimpiya oyunlarının Bakı və Azərbaycan üçün nə edə biləcəyimi nümayiş etməyəcəyik. Bizim sloqanımız “Biz birlikdə bacararıq”” dır ki, burada da əsas məqsəd Beynəlxalq Olmipiya Komitəsi ilə olimpiya hərəkatının inkişafında birgə əməkdaşlıqdır”.
Nazir vurğulayıb ki, Bakı 2020 Şərq və Qərb arasında körpü rolunu oynamaqla Olimpiya tarixinə yeniliklər təqdim edir. Şübhəsiz ki, Bakı BOK və tərəfdaşları üçün yeni və mənfəətli imkanlar açır: “Ancaq biz başa düşürük bizim təkliflər paketimiz bu işlər üçün yararlı ola biləcək səviyyədə məxsusi deyil. Buna görə də biz olimpiya oyunlarına ev sahibliyi etmək üçün real ehtiyaca əsaslanan davamlı model təklif edirik. Qurulacaq məkanlar gələcək nəsillərə də xidmət edəcək”.
S.QARAYEVA






Bu yazı ( 92 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar