12px14px16px18px

“Gənc Liderlər Akademiyası” adlı layihənin icrasına start verilib

10:13 / 28.03.2012
Gələcəyə Körpü Gənclər İctimai Birliyi Gəncə şəhərində keçirilən “Gənc Liderlər Akademiyası” adlı layihənin icrasına artıq start verib. Birliyin mətbuat xidmətindən verilən məlumata görə, 8 ay ərzində davam edəcək layihənin əsas məqsədi, gənclərin ictimai sektorda iştirakını artırmaq, lider kimi formalaşmalarına və aktiv vətəndaş cəmiyyətinin qurulmasında rolunu artırmağa yardım etməkdən ibarətdir.
Layihənin ilk günü “Gələcəyə Körpü” GİB-nin təlim zalında həyata keçirilib. İştirakçıların bir – birlərini yaxından tanımaları üçün ilk öncə tanışlıq və komanda yaradılması oyunları təşkil olunub. Sonradan təlimçilər “İctimai fəaliyyət” mövzusunda təqdimata başlayıblar. Təlim kursu boyunca müxtəlif qrup işləri, video materiallar, metodik vəsaitlər və interaktiv metodlardan istifadə olunub. Təlimin kursunun sonunda sorğu vərəqləri paylandı və günün qiymətləndirilməsi aparılıb. Məlumata görə, layihənin iştirakçıları Gəncədə fəaliyyət göstərən ali və yuxarı sinif orta məktəb tələbələri və gənclər təşkilatlarının könüllüləri və ümumilikdə bu sahədə yeni olan oğlan və qızlardan ibarətdir. Təlimdə gender balansı tam olaraq gözlənilib və təlim kursu 2 qrupda hər birində 25 nəfər olmaqla 50 gənc üçün keçirilir.
Qeyd edək ki, layihə ABŞ-ın Milli Demokratiya İnstitutunun (Natinonal Democratic Institute) maliyyə dəstəyi ilə həyata keçirilir.
S.QARAYEVA



Bu yazı ( 93 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar